ATİAHİ Kəlbəcər rayon komitəsi mütəmadi olaraq şəhid ailələrinə və qazilərə, həmçinin maddi gəliri aşağı olan şəxslərə maddi və mənəvi dəstək göstərir. Ənənənin davamı olaraq bu ilin aprel, may və iyun ayları ərzində rayon komitəsi tərəfindən daha 355 aztəminatlı ittifaq üzvünə maddi yardım göstərilib.
Rayon komitəsi həmçinin ittifaq üzvlərinin asudə vaxtlarının və istirahətlərinin mənalı keçirilməsinə xüsusi diqqət edir.
Bu məqsədlə bu ilin iyun ayı ərzində rayon təhsil işçilərinin İsmayıllı, Gədəbəy, Göygöl, Quba, Qəbələ və digər rayonlara səfərləri təşkil olunub. Tur zamanı həmin ərazilərdə yerləşən tarixi-mədəni abidələr ziyarət olunub, mənzərəli yerlər seyr edilib, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib.
Bundan başqa, ittifaq üzvləri növbəli qaydada istirahət mərkəzlərinə və sanatoriyalara yollayışlarla təmin edilir.
Kəlbəcər rayon komitəsi gənclər təşkilatı ilə birgə narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində rayon gənclərinin və valideynlərin iştirakı ilə tədbir keçirib. Tədbirdə narkomaniyaya qarşı ölkəmizdə görülən işlərdən, onun ağır fəsadlarından, gənclərimizin sağlam şəkildə yetişmələri üçün pis vərdişlərdən uzaq durmasından danışılıb.