ATİAHİ Kəlbəcər rayon komitəsi tərəfindən qadınlar bayramı münasibətilə tədbirlər keçirilib
Martın 8-də ATİAHİ Kəlbəcər rayon komitəsinin təşkilatçılığı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə rayonun ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında işləyən 300 nəfər təhsil işçisinə qiymətli hədiyyələr təqdim edilib. Tədbirdə çıxış edənlər qadınlarımızın cəmiyyətdə rolundan, dövlətimizin inkişafında xidmətlərindən, ölkəmizin ictimai-siyasi həyatında gördükləri işlərdən danışıblar.
Həmçinin təşkil olunan tədbirlərdə ittifaq üzvlərinə və yüksək nəticələr əldə etmiş təhsil işçilərinə Fəxri fərmanlar və təşəkkürnamələr təqdim edilib.