ATİAHİ Kəlbəcər rayon komitəsi və Rayon Təhsil Şöbəsinin təşkilatçılıgı ilə Şəhidlərin Abidə Kompleksi  ziyarət olunub


31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqadar ATİAHİ Kəlbəcər rayon komitəsi və Rayon Təhsil Şöbəsinin təşkilatçılıgı ilə Şəhidlərin Abidə Kompleksi  ziyarət olunub. Mərasimdə rayon pedaqoji ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Abidə önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib. Çıxışlar zamanı bildirilib ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər məqsədli şəkildə kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməyə başladığı vaxtdan soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrilib. Qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərcə dinc sakin etnik və dini mənsubiyyətinə görə məhv edilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlar yerlə yeksan edilmişdir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Yüz minlərcə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuşdur. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş, dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. 

Sonra zəfərələ başa çatan 44 günlük Vətən müharibəsindən söz açılıb, qəhrəman əsgərlərimizin rəşadətindən danışılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo