ATİAHİ Kəlbəcər rayon komitəsinin təşkilatçılığı ilə “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

 
ATİAHİ Kəlbəcər rayon komitəsinin təşkilatçılığı ilə “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub.
Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş rayonun təhsil işçiləri, həmçinin şəhid ailələri, qazilər və pedaqoji ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Vətən müharibəsindən, Azərbaycan Ordusunun rəşadətindən, yüksək döyüş ruhundan, parlaq Zəfərindən, eləcə də müzəffər Ordumuzun sıralarında qəhrəmanlıqlar göstərmiş təhsil işçilərinin mətinliyindən, şücayətindən söz açıblar.
Bildirilib ki, Vətənin dar günündə digər sahənin nümayəndələri kimi, təhsil işçiləri də ilk gündən silaha sarıldılar, böyük və zəngin döyüş yolu keçərək qələbəmizdə pay sahibi oldular.
Vurğulanıb ki, ATİAHİ Respublika Komitəsi tərəfindən hazırlanan “Qəhrəman təhsil işçiləri” kitabı məhz həmin təhsil işçilərini təbliğ etmək, cəmiyyətdə tanıtmaq, gələcək nəsillərə nümunə göstərməkdir. Kitabda şəhid olmuş təhsil işçilərinin həyatı və keçdikləri döyüş yolu haqqında məlumatlar öz əksini tapıb. Eləcə də qazilər və veteranlar barədə də məlumatlar kitabda yer alıb.
Tədbirdə çıxış edən müharibə iştirakçıları həm dövlət, həm ictimai qurumlar, həm də xalqımız tərəfindən onlara verilən ali qiymətə görə təşəkkür ediblər. Qeyd ediblər ki, hər zaman Ali Baş Komandan cənab İlham Əliyevin əsgərləridirlər və onun istənilən tapşırığını icra etmək üçün səfərbərliyə hazırdırlar.
Sonda iştirakçılara “Qəhrəman təhsil işçiləri” kitabı hədiyyə edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo