ATİAHİ Kəlbəcər rayon komitəsi rayonun 13, 54, 69 və 80 nömrəli məktəblərin direktorlarını təltif edib.
Belə ki, direktorlarla 65 illik yubileyləri münasibətilə görüş təşkil olunub.
Görüşdə onların keçdikləri həyat yolundan, pedaqoji fəaliyyətlərindən, rayon təhsilinin inkişafında xidmətlərindən, rəhbərlik etdikləri məktəblərin göstəricilərindən danışılıb.
Yubliyarlar onlara göstərilən diqqətə və təbrikə görə, təşkilatçılara təşəkkür edib, bundan sonra da qazandıqları təcrübəni, bilik və bacarıqlarını təhsilin inkişafına həsr edəcəklərini bildiriblər.
Görüşdə həmçinin yubiliyarlara fəxri fərman və hədiyyələr verilib.