ATİAHİ Kəlbəcər rayon komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.
Rayon məktəblərinin müəllimlərinin dəvət aldığı tədbirdə müəllim adının və peşəsinin müqəddəsliyindən söz açılıb. Qeyd olunub ki, Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına kömək edir. Ölkəmizdə bu Günə dövlət səviyyəsində xüsusi diqqət ayrılır. Vurğulanıb ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Biz müəllimlərə hər zaman borcluyuq, onlar bizi yalnız tərəqqiyə istiqamətləndirirlər.
Tədbirdə söz alan müəllimlər onlara göstərilən qayğıya görə, təşkilatçılara təşəkkür ediblər.
Sonda müəllimlərə fəxri fərman və hədiyyələr verilib.