Kəlbəcər rayon komitəsi Gənclər Günü ilə bağlı bir sıra tədbirlər keçirib
 
Gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının  artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasınin gücləndirirılməsi məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. İndiyə kimi yüzlərlə gənc əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb. 
ATİAHİ Kəlbəcər rayon komitəsi “İlin peşəkar gənci” müsaqibəsinin qalibi olmuş gəncləri mükafatlandırıb. Belə ki, həmin ada layiq görülmüş Qərib Abbasov, Leyla Hümbətova, Fidan Mahmudova, Günel Zeynalova və Osman Əsədov fəxri fərmanla təltif olunub, onlara qiymətli hədiyyələr verilib.
Qeyd edək ki, Kəlbəcər rayon komitəsi əlamətdar günlərlə bağlı tədbirlərini davam etdirir. Belə ki, komitə 20 Yanvar - Ümumxalq Hüzn Günü və “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər təşkil edib. Hər iki tədbirdə rayonun təhsil müəssisələrinin müəllimləri və şagirdləri iştirak edib, komitənin sədri M.Abdurrəhmanovun məruzələri dinlənilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo