ATİAHİ Kəlbəcər rayon komitəsi “İlin peşəkar gənci” adına layiq görülmüş rayon müəllimləri ilə görüş keçirib.
Görüşdə dövlətimizin təhsil siyasətindən, müəllimlərə olan diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan danışılıb. Həmçinin “İlin peşəkar gənci” adını qazanmış müəllimlərin nümunəvi fəaliyyətindən, yüksək pedaqoji göstəricilərindən, peşələrinə olan sevgisindən, yeni nəslin bilikli və vətənpərvər ruhda yetişməsində xidmətlərindən danışılıb və onların əməyinə verilən bu qiyməti alqışlayıblar.
Sonda həmin müəllimlərə Kəlbəcər rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verib.
Bundan başqa, Kəlbəcər rayon komitəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaq bağçalarında və orta məktəblərin aşağı siniflərində təhsil alan uşaqlara bayram hədiyyələri paylayıb.