Kəlbəcər rayon komitəsi məktəblilərə bayram sovqatı verib

ATİAHİ Kəlbəcər rayon komitəsi tərəfindən Novruz bayramı münasibətilə şənlik təşkil olunub. Şənlikdə milli geyimdə olan şagirdlər Novruz adət-ənənələrini əks etdirən səhnəciklər göstərib, şeirlər söyləyib, rəqslər ifa ediblər.
Çıxış edənlər bildirib ki, milli adət-ənənələrimizin, qədim bayramlarımızın ölkəmizdə tam bərqərar olması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bayarmlarda Ulu Öndər şəxsən özü şəhərə çıxar, insanları təbrik edər, öz xeyir-duaları ilə hər kəsdə xoş əhval-ruhiyyə yaradardı. Vurğulanıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəyə sevinc bəxş edir, ənənəvi olaraq imzalanan əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin təzahürüdür. Həmçinin qeyd olunub ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Eləcə də bayram şənliyində 1-4-cü sinif şagirdlərinə bayram sovqatları verilib.
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo