ATİAHİ Kəlbəcər rayon komitəsinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailələri və valideyinləri iştirak ediblər.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, bütün xalqımız şəhidləri qürurla, fəxarətlə anır. Bu, ölməz qəhrəmanların əziz xatirəsini hər zaman uca tutan Azərbaycan xalqının şəhid ruhlarına ali ehtiramının göstəricisidir.
Digər çıxış edənlər Vətən müharibəsi salnaməsini yazan əsgər və zabitlərimizin rəşadətindən, şəhid analarının mətinliyindən, xalqımızın məğrurluğundan danışıblar.
Sonra şəhid məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.