Kəlbəcər rayon komitəsinin əməkdaşları şəhid ailələrinə baş çəkib


ATİAHİ Kəlbəcər rayon komitəsinin əməkdaşları 27 Sentyabr - Anım Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər. Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Bildirilib ki, Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də Azərbaycan xalqı və dövləti tərəfindən şəhid ailələrinə, qazilərimizə dəstək və yardım göstərilir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Vətən müharibəsi dövründə və müharibədən sonrakı mərhələdə həmkarlar ittifaqları daim dövlətimizin və ordumuzun yanında olub, milli həmrəylik nümayiş etdiriblər. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə, onların ailələrinə, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi başlıca istiqamətə çevrilib, Ali Baş Komandanın bütün addımlarını dəstəkləyərək şanlı ordumuza maddi və mənəvi yardım göstəriblər. Bu missiya həmkarlar ittifaqları tərəfindən bundan sonra da davam etdiriləcək.

Ziyarət olunan şəhid ailələrinə maddi-mənəvi dəstək göstərilib.
WhatsApp Image 2023-10-05 at 19.32.17.jpeg 337.52 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo