Kəlbəcər rayon komitəsinin yeni tərkibi seçilib

ATİAHİ Kəlbəcər rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ilk həmkarlar ittifaqlarının sədrləri, fəal ittifaq üzvləri iştirak ediblər. Öncə rayon komitəsinin ötən dövr ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr, o cümlədən əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, ittifaq üzvlərinin istirahətinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində atdığı addımlar barədə hesabatı dinlənilib.
Ardınca hesabat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səslənib. Ümumilikdə hesabat qətaətbəxş olaraq qiymətləndirilib.
Tədbirdə həmçinin rayon komitəsinin yeni tərkibi formalaşıb, sədr seçilib. Yığıncaqda iştirak edən Respublika Komitəsinin nümayəndəsi rayon komitəsinə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb, bəzi tapşırıq və tövsiyələrini verib.
WhatsApp Image 2024-04-01 at 10.32.33 PM.jpeg 229.07 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo