Kəlbəcər rayonunun məktəblərində qadınlar bayramı qeyd olunub
Kəlbəcər rayonunun 12, 13, 14, 18, 19, 20, 21, 37, 84, 56, 108, 17, 126, 117 və 23 nömrəli məktəblərində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə həmin məktəblərdə çalışan qadın müəllimlər iştirak ediblər.

Çıxış edənlər qadın müəllimlərə təbriklər deyib, dövlətimizin qurulmasında, Vətənin müdafiəsində, milli mənəvi dəyərlərimizin qorunmasında onların xidmətlərindən söz açıblar.

Təbriklərə və xoş sözlərə görə, təşəkkür edən iştirakçılar ölkəmizdə onlara olan ali münasibətdən, gender bərabərliyindən, dövlətin diqqət və qayğısından danışıblar.

Keçirilən bütün tədbirlərdə qadınlara hədiyyələr verilib, fəal ittifaq üzvləri isə həm də fəxri fərmanla təltif olunublar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo