Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, həmçinin aztəminatlı ailələrə dəstək göstərmək, onların qayğıları ilə maraqlanmaq dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həmkarlar ittifaqları da xüsusi fəallıq göstərir. Belə ki, ATİAHİ Kəlbəcər rayon komitəsi martın 18-də 180 aztəminatlı ailəyə maddi yardım göstərib. Qeyd olunub ki, bu ənənə bundan sonra da davam etdiriləcək.
Həmçinin rayon komitəsi Novruz bayramı ilə əlaqədar rayon məktəblərinin 1-5-ci siniflərinin şagirdlərinə və uşaq bağçalarının uşaqlarına bayram sovqatları paylayıb.