İttifaq üzvlərinin istirahətlərini daim diqqətdə saxlayan ATİAHİ Kəlbəcər rayon komitəsi ötən yay mövsümündə də respublikamızın gəzməli-görməli bölgələrinə turlar təşkil edib.
Turlar zamanı müəllimlər və digər ittifaq üzvləri səfər etdikləri rayonların tarixi-mədəni abidələri ilə tanış edilib, istirahət guşələrində dincəlib, maraqlı məkanlara baş çəkib fotolar çəkdiriblər. Həmçinin onlar üçün süfrələr açılıb, yeri mətbəxin ləziz təamlarına qonaq ediliblər. İttifaq üzvləri onların istirahətinin mənalı təşkili üçün komitəyə təşəkkürlərini bildiblər.